Bu gün hava necə olacaq?
12 Mart 2011 Şənbə 03:11
Dağlıq rayonlarda sulu qar, qar gözlənilir
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar