Bu gün Bakıda və Abşeron yarımadasında buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə daxil olan məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-7 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən gecə və axşam arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Bu gün hava necə olacaq?
Axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir




Şərhlər