Bu gün hava necə olacaq?
10 Mart 2011 Cümə Axşamı 04:41
Rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz havanın arabir açılacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar