Ölkə

Bu gün hava necə olacaq?

Rayonlarda isə yağıntılı hava gözlənilir, dağlıq rayonlarda qar yağacaq

· Xəbərçi
Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumatına görə, şimal küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Şərhlər