Bu gün hava necə olacaq?
19 Fevral 2011 Şənbə 04:38
Bakıda axşama doğru yağıntı olacaq, mülayim şərq, cənub-şərq küləyi əsəcək
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumatına görə, mülayim şərq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bəzi şərq rayonlarında, axşam isə əksər rayonlarda havanın yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar