Ölkə

Bu gün hava necə olacaq?

Şimal-şərq küləyi əsəcək, axşam yağış yağacaq

· Xəbərçi
Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu keçəcəyi, arabir açılacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 8-10, gündüz 12-14 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimal olunur. Şərq küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-8, gündüz 14-17, dağlarda gecə 3-8, gündüz 9-12 dərəcə olacaq.

Şərhlər