Bu gün hava necə olacaq?
10 Fevral 2011 Cümə Axşamı 05:05
Bakıda və Abşeron yarımdasında səhər duman olacaq, şimal-şərq küləyi əsəcək
Bu gün Abşeron yarımadasında hava dəyişkən buludlu, yağıntısız olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, səhər duman çökəcəyi, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz isə 5-8 dərəcə isti olacaq.

Sinoptiklər bölgələrdə duman çökəcəyini, şimal və şərq bölgələrində axşam saatlarında yağıntı düşəcəyini proqnozlaşdırırlar. Şimal-qərb küləyi arabir güclənəcəkdir. Gecə havanın temperaturu 0-4 dərəcə, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar