Ölkə

Bu gün hava necə olacaq?

Bakıda əsən cənub-qərb küləyi arabir güclənəcək

· Xəbərçi
Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımdasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə müsbət 2-4 dərəcə, gündüz müsbət 9-14 dərəcə təşkil edəcək.

Azərbaycanın regionlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə, gündüz müsbət 9-14 dərəcə, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə olacaq.

Şərhlər