Bu gün hava necə olacaq?
05 Fevral 2011 Şənbə 04:45
Axşam arabir güclənən cənub-qərb küləyi əsəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1-3 dərəcə, gündüz müsbət 5-7 dərəcə təşkil edəcək.
Azərbaycanın regionlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək yüksələcək, gündüz müsbət 6-9 dərəcə, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan müsbət 4 dərəcəyədək olacaq.
DOSTLARINLA PAYLAŞ: