Ölkə

Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyi əsəcək

· Xəbərçi
Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gündüz arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək yüksələcək, gündüz müsbət 5-7 dərəcə olacaq.

Azərbaycanın regionlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan müsbət 2 dərəcəyədək, gündüz müsbət 5-8 dərəcə, dağlarda gecə müsbət 7-12 dərəcə, gündüz 2 dərəcə şaxtadan müsbət 3 dərəcəyədək yüksələcək.

Yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişiklikləri meteohəssas insanlar üçün nisbətən müsbət hava şəraiti kimi qiymətləndirilsə də, fevralın 6-da atmosfer təzyiqinin kəskin enməsi fonunda güclü gilavar küləyi ürək-damar xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsizdir.

Şərhlər