Bu gün hava necə olacaq?
02 Fevral 2011 Çərşənbə 06:35
Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 3-5 dərəcə isti təşkil edəcək
Bakıda və Abşeron yarımadasında fevralın 02-də hava şəraitinin yağıntılı olacağı arabir sulu qara, fevralın 01-dən 02-nə keçən gecə yarımadanın bəzi yerlərində qara keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, arabir güclənən şimal küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 3-5 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 02-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar