Bu gün hava necə olacaq?
07 Yanvar 2011 Cümə 03:00
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 3-5, gündüz 8-10 dərəcə təşkil edəcək.

Azərbaycanın regionlarında hava şəraitinin bəzi şimal və şərq rayonlarında yağıntılı, gecə və səhər dumanlı olacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz müsbət 5-8 dərəcə, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar