Ölkə

Bu gün hava necə olacaq?

Şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək

· Xəbərçi
Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımdasında hava dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə olacaq.

Azərbaycanın rayonlarında bu gün hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Şərhlər