Ölkə

Bu gün hava necə olacaq?

Havanın temperaturu isə gecə 7-9, gündüz 14-16 dərəcə təşkil edəcək

· Xəbərçi
Bu gün hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 23-də hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, Cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı ehtimal olunur. Qərb küləyi əsəcəyi, əsasən dağlıq rayonlarda arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-8, gündüz 14-18, dağlarda gecə 0-4, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Şərhlər