Ölkə

Bu gün hava necə olacaq?

Bakıda gündüz havanın temperaturu 15-17 dərəcə təşkil edəcək

· Xəbərçi
Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 10-12, gündüz 15-17 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-10, gündüz 20-24, dağlarda gecə 5-7, gündüz 15-19 dərəcə olacaq.

Şərhlər