Ölkə

Bu gün hava necə olacaq?

Bakıda gündüz havanın temperaturu 16-19 dərəcə olacaq

· Xəbərçi
Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, arabir güclənən cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 9-12, gündüz 16-19 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskin olacağı, cənub-qərb küləyinin dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 8-12, gündüz 19-24, dağlarda gecə 6-10, gündüz 17-22 dərəcə olacaq.

Şərhlər