Bu gün hava küləkli olacaq
16 Oktyabr 2010 Şənbə 04:50
Bakıda cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 14-16, gündüz 22-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə və axşam bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz havanın açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 14-17, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar