Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, arabir güclənən cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 9-12 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 8 dərəcəyədək isti təşkil edəcək.
Bu gün hava dəyişkən buludlu olacaq
Arabir güclənən cənub-qərb, qərb küləyi əsəcək




Şərhlər