Bu gün hava buludlu və sərin olacaq
02 Oktyabr 2010 Şənbə 06:25
Azərbaycanın rayonlarında axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Bu gecədən başlayaraq respublika ərazisində hava şəraiti dəyişib və paytaxta qısamüddətli yağış yağıb. Ekologiya və təbii sərvətlər nazirliyinin milli hidrometeorologiya departamentinin məlumatına görə, bu gün hava buludlu keçəcək. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək, gündüz mülayimləşəcək. Gecə 15-18, gündüz 19-22 dərəcə isti olacaq. Oktyabrın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.gecə 15-18, gündüz 20-23 dərəcə isti olacaq. Digər günlərdə isə hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Azərbaycanın rayonlarında da bu gün oktyabrın 2-də, əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Axşam yağıntıların arabir intensiv olacağı ehtimalı var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar