Bu gün Gəncədə Qafqazın ən böyük tortu kəsiləcək
24 Dekabr 2010 Cümə 01:45
Prezident İlham Əliyevin ad günü münasibətilə hazırlanan tortun uzunluğu 49 metrdir
Gəncə şəhər rəhbərliyinin və gəncəli iş adamlarının təşəbbüsü ilə prezident İlham Əliyevin ad günü münasibətilə 49 metr uzunluğunda qeyri-adi tort bişirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin məlumatına görə, artıq dördüncü ildir ki, bişirilən belə nəhəng tort bu gün kəsilərək şəhər sakinlərinə paylanılacaq. Bununla bağlı hazırlıq işləri görülüb.
Qafqazin ən böyük tortunun ötən ilkindən bir metr uzun - 49 metrdir. O, tərtibatının qeyri-adiliyinə görə də fərqlənir. Şirniyatçıların bildirdiyinə görə, tortun hazırlanması üçün təxminən 2 ton un, 29 min yumurta, 350 litrə qədər süd, 350 kq qatılaşdırılmış süd, 400 kq-a yaxın qoz ləpəsi, 300 kq hind qozu, 370 kq kərə yağı, 30 kq duru yağ, 35 kq kakao, 65 kq şokolad, 380 kq krem şanti, 400 kq karamel sərf olunub. Tort üçün həmçinin 60 ədəd şəkil, müxtəlif fiqurlar hazırlamaq üçün 40 kq xüsusi xəmir, 100 kq saxarin və 400 kq bişmiş xəmiri təzə saxlayan xüsusi maddə istifadə edilib.
Gəncə şəhər İcra Hakimiyyəti nəhəng tortdan dadmaq istəyənləri bu gün şəhərin baş meydanına dəvət edir.
DOSTLARINLA PAYLAŞ: