Ölkə

Bu gün Bakıda şimal, şimal-şərq küləyi əsəcək

Gündüz havanın temperaturu dərəcəyə yaxın olacaq.

· Xəbərçi
Bu gün Bakıda şimal, şimal-şərq küləyi əsəcək
Bu gün Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal, şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 11-13, gündüz 15 dərəcəyə yaxın isti təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yağışın yüksək dağlıq ərazilərdə sulu qara və qara keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə müsbət 10-14, gündüz 15-18, dağlarda gecə 2-6, gündüz 6-9, yüksək dağlıq ərazilərdə isə gecə və gündüz 0 dərəcəyə yaxın gözlənilir. ANSPRESS

Şərhlər