Bu gün Bakıda qar yağacaq
17 Fevral 2011 Cümə Axşamı 02:33
Gecə və səhər şəhərətrafı yolların buz bağlama ehtimalı var
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti təşkil edəcək. Gecə və səhər şəhərətrafı yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək. Əsasən gecə və səhər yolların buz bağlama ehtimalı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar