Bu gün Bakıda hava buludlu olacaq
16 Yanvar 2011 Bazar 05:40
Bəzi rayonlarda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar gözlənilir.
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. . Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, axşama doğru yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında bu gün və sabah havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyəcək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-4 dərəcə şaxta olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar