Bu gün Bakıda atəşfəşanlıq olacaq
    15 Mart 2011 Çərşənbə Axşamı 11:20
    Bu gün İlaxır çərşənbə təntənəli şəkildə qeyd ediləcək
    
                	 
    
         Bu il Novruz bayramı münasibətilə Bakıda böyük bayram şənlikləri təşkil olunacaq. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün İlaxır Çərşənbə bayramı münasibətilə Qız Qalasının qarşında konsert keçiriləcək. 
Əvvəlcə saat 12:00-da “Azneft” meydanından dəvə karvanı Suraxanı rayonundakı "Atəşgah" abidəsinə yola düşəcək. Ötən il olduğu kimi “Atəşgah”dan gətiriləcək odla Qız Qalasının üzərində qurulmuş üç məşəl yandırılacaq.
Saat 19.00-da isə Qız Qalasının qarşısında konsert proqramı başlayacaq. Konsertin sonunda, həmçinin martın 20-də Milli Parkda atəşfəşanlıq təşkil ediləcək.
DOSTLARINLA PAYLAŞ: