Bu gün Bakıda 37-39 dərəcə isti olacaq
12 İyul 2010 Bazar Ertəsi 01:10
Bəzi rayonlarda isə 40 dərəcəyədək isti gözlənilir.
Bu gün ölkə ərazisində hava yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda havanın temperaturu gündüz 37-39, gecə 26-28, Naxçıvanda gündüz 37-39, gecə 22-24, aran bölgəsində gündüz 38-40, gecə 25-27, dağlıq zonada gündüz 28-30, gecə 16-18 dərəcə təşkil edəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar