Bu gün Azərbaycan dili və əlifbası günüdür
01 Avqust 2010 Bazar 18:25
Azərbaycanda ilk dəfə latın qrafikalı əlifbadan istifadə 1918-ci ilə təsadüf edir.
Bu gün Azərbaycan dili və əlifbası günüdür. Azərbaycanda ilk dəfə latın qrafikalı əlifbadan istifadə 1918-ci ilə - Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Həmin dövrdən əvvəl rəsmi yazışmalar ərəb qrafikalı əski əlifba ilə həyata keçirilirdi. Sovet hakimiyyəti illərində də Azərbaycan əlifbasında dəyişiklər edilir və kiril qrafikasına keçilir.

1991-ci il, dekabrın 25-də Azərbaycan Ali Soveti latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar qəbul edir. Bunun tam rəsmi tətbiqinə 10 il sonra başlanılır və bütün çap məhsulları latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr olunur.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Məsud Mahmudovun sözlərinə görə, yeni çap olunan kitabların hamısı latın qrafikası ilə çap olunur: “Əvvələr elmi dəyəri olan kitabları isə biz tədricən hamısını çap etdirmişik. Bütün əsərlər çap olunub. Azərbaycan dilinin izahlı lüğəti çap olunub. Azərbaycan əbədi dil tarixi 4 cildə çap oluunb. İki dilli lüğətlər var. Latın qrafikasına keçdikdə, bizim təcrübəmizdən öyrənirlər. Məsələn Qazaxıstandan, Özbəkistandan gəlib bizdən soruşurlar ki, biz latın qrafikasına necə keçmişik. Onlar da qrafikaya keçməyə hazırlaşır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar