Bu gün 42 dərəcə isti olacaq
01 Avqust 2010 Bazar 09:50
Çimərliklərində dəniz suyunun temperaturu 30°-yə çatacaq.
Avqust ayının ilk günlərində Bakıda və Abşeron yarımadasında 40 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, avqustun 1-də günəşli hava proqnozlaşdırılır. Havanın temperaturu gecə 24-27°, gündüz 36-38°, bəzi yerlərdə 41° təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30° olacaq.
Avqustun 2-də hava günəşli olsada, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 25-28°, gündüz 37-39°, bəzi yerlərdə 41° çatacaq.

Azərbaycanın rayonlarında avqustun 1-2-də günəşli hava müşahidə ediləcək. Havanın temperaturu gecə 21-26°, gündüz 38-40°, bəzi yerlərdə 42°, dağlarda gecə 16-20°, gündüz 30-35° təşkil edəcək. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar