Brayza Azərbaycan xanımlarını təbrik edib
07 Mart 2011 Bazar Ertəsi 21:31
Amerikalı diplomat Beynəlxalq Qadınlar günü münasibətilə ölkənin tanınmış işgüzar xanımları üçün ziyafət verib
Bu gün Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza və xanımı Zeyno Baran Beynəlxalq Qadınlar günü münasibətilə ölkənin tanınmış işgüzar xanmıları üçün ziyafət verib. Ziyafətə dəvət olunan işgüzar xanımları əldə etdikləri nailiyyətlərlə bağlı təbrik edən səfir qadınların cəmiyyətdə rolunun artırılmasının vacibliyini vurğulayıb.

Səfirin xanımı Zeyno Baran da Azərbaycan qadınlarını təbrik edib. O bildirib ki, M. Brayza ilə qadınların bayramını burada qarşıladığı üçün çox məmnundur: “Mən şəxsən inanıram ki, XXİ əsr qadın liderlərin, qadınların əsri olacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar