Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri erməni əsirliyində olan Azərbaycan hərbçiləri ilə görüşüblər.
Bu barədə
APA-ya BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, BQXK-nın Ermənistan nümayəndəliyinin əməkdaşları noyabrın 18-də erməni əsirliyində olan iki Azərbaycan hərbçisinə baş çəkiblər. Beynəlxalq qurumun nümayəndələri həmin şəxslərin saxlanma şəraiti və fiziki durumu ilə maraqlanıblar.
Qeyd edək ki, erməni əsirliyində olan Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov bu il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.