"Borussiya" böyük hesabla qələbə qazanıb
14 Avqust 2010 Şənbə 23:55
Dortmund təmsilçisi "Borussiya" Almaniya kubokunda ilk oyununa çıxıb.
“Qarabağ”ın Avropa Liqasının IV təsnifat mərhələsində rəqibi olan “Borussiya” növbəti görüşünü keçirib. Dortmund təmsilçisi Almaniya kubokunda ilk oyununa çıxıb.

Yurgen Kloppun yetirmələri səfərdə Burqhauzenin “Vakker” klubu ilə görüşüblər. “Qarabağ”ın rəqibi bu qarşılaşmada böyük hesablı qələbə qazanıb – 3:0. Dortmundluların qollarını Lukas Barrios (4-cü dəqiqə), Neven Subotiç (15-ci dəqiqə) və Kevin Qrosskreuts (48-ci dəqiqə) vurublar. Bununla da “Borussiya” Almaniya kubokunun I mərhələsini arxada qoyub. Bu yarışın ikinci mərhələsinin oyunları oktyabrın 26-27-də keçiriləcək.

Qeyd edək ki, “Vakker”lə oyun “Qarabağ”la avqustun 19-da keçiriləcək ilk matç ərəfəsində “Borussiya”nın son sınağı idi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar