Bolluq LTD MMC cərimələndi
21 Yanvar 2011 Cümə 18:15
Bolluq LTD MMC şirkətinə qarşı 7,9 min manat maliyyə sanksiyası tətbiq edilib.
“Bolluq LTD” MMC barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Yeni il hədiyyələrinin qablaşdırılması və qənnadı məhsullarının istehsalı ilə məşğul həmin şirkət istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə cərimələnib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidmətində işə baxılmış və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə, “Bolluq LTD” MMC-yə 7,9 min manat maliyyə sanksiyası tətbiq edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: