Bölgələrə qar yağacaq
05 Yanvar 2011 Çərşənbə 12:20
Yanvarın 8-dən başlayaraq hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir
Ölkə ərazisində həftəsonuna kimi buludlu hava üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün tutqun hava olacaq. Yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, axşam yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 7-10° isti, axşama doğru 5°-dək isti olacaq.
Yanvarın 6-da hava dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq.
Yanvarın 7-də hava arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti təşkil edəcək.
Yanvarın 8-də də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-10° isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-4° isti olacaq.
Yanvarın 7-8-də gecə və səhər duman müşahidə ediləcək. Bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Yanvarın 8-də respublikanın qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və bəzi dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti təşkil edəcək.
DOSTLARINLA PAYLAŞ: