Biz birləşdirmək üçün gəlmişik, ayırmaq üçün yox
08 Fevral 2011 Çərşənbə Axşamı 18:05
İranın Azərbaycandakı səfiri "Səhər 2"də yayımlanan verilişlərə münasibət bildirib
Son günlər həm Azərbaycanda, həm də Türkiyədə ictimai-siyasi qüvvələr İranın Azərbaycanın daxili işlərinə qarışması, "Səhər2" telekanalında yayımlanan antiazərbaycan xarakerli verilişlərə etiraz olaraq aksiyalar keçirir.
İranın Azərbaycanın daxili işlərinə qarışması və "Səhər2" kanalının efirində səslənən fikirlərə İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami münasibət bildirib.
“Bir məşhur şeir var. Mən onu demək istəyirəm. Biz birləşdirmək üçün gəlmişik, ayırmaq üçün yox”, - deyə Məmmədbağır Bəhrami qeyd etdi.
DOSTLARINLA PAYLAŞ: