Biləcəri qəsəbəsinə hazırkı giriş bağlanacaq
«Bakı Dairəvi Avtomobil Yolu»nun tikintisi ilə əlaqədar olaraq, mövcud Biləcəri enişi tikilib istifadəyə verildiyi üçün Bakı şəhərindən Avtovağzal Kompleksinə və Biləcəri qəsəbəsinə hazırda istifadə edilən giriş-çıxış bağlanacaq.
Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərindən mövcud Biləcəri enişindən və Bakı-Rusiya yolunun 10-cu km-dəki yol ötürücüsündən istifadə etmələri xahiş olunur. APA




Şərhlər