Bəzi rayonların qazı müvəqqəti dayandırılacaq
10 Dekabr 2010 Cümə 11:10
Bu gün Oğuz, Şəki, Qax, Zaqatala, Baləkən, Gəncə, Ucar, Yevlax və Bakının Suraxanı rayonlarında qaz olmayacaq
Yevlax-Balakən magistral qaz kəmərində baş vermiş qaz sızmasının aradan qaldırılması, “Əmircan-Bülbülə” orta təzyiqli qaz kəmərində aparılan birləşdirmə və “Gövhər” Qazpaylayıcı Stansiyasında təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, eyni vaxt ərzində həmçinin, qaz kəmərinin üzərində siyirtmənin dəyişdirilməsi və yeni siyirtmənin quraşdırılması ilə əlaqədar Ucar Qazpaylayıcı Stansiyasından Ucar rayonuna gedən qaz kəmərində və “Tikinti və norma qaydaları”nın tələblərinə uyğun olaraq payız-qış mövsümü ilə bağlı rekonstruksiya olunmuş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədi ilə Gəncə Qazpaylayıcı Stansiyasından qidalanan “Gəncə şəhər-2” orta təzyiqli qaz kəmərində qazın verilişi dayandırılacaq.

Həmin müddətdə Oğuz, Şəki, Qax, Zaqatala, Baləkən, Gəncə, Ucar, Yevlax rayonlarının, eləcə də Bakının Suraxanı rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyətlər yaranacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar