Dekabrın 13-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gün ərzində hava, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin
APA-ya verdiyi məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 14-17, axşam 10-12 dərəcə isti olacaq.
Dekabrın 14-də havanın buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Arabir güclənən şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq.
Dekabrın 15-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.
Dekabrın 16-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 8-10, gündüz 14-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 14-də yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9, gündüz 12-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.
Dekabrın 15-16-da hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Gecə 5-10, gündüz 16-19, dağlarda gecə 0-4, gündüz 12-17 dərəcə isti olacaq.
Yaxın 3 gün ərzində şimal və cənub küləyinin tez-tez bir-birini əvəz etməsi və temperatur şəraitinin iqlim normasından yüksək olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.