Bəzi bölgələrinə qar yağacağı gözlənilir
11 Fevral 2011 Cümə 03:20
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında dəyişkən hava şəraitinin davam etməsi meteohəssas insanlar üçün əlverişsizdir
Bu gün Bakıda və Abşeron yarımdasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər yarımadanın bəzi yerlərində çiskinli, günün ikinci yarısında isə yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə müsbət 2-4 dərəcə, günün birinci yarısında müsbət 4-7 dərəcə, axşam 2 dərəcəyə yaxın təşkil edəcək.
Azərbaycanın regionlarında hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi rayonlarda intensiv olacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan müsbət 3 dərəcəyədək yüksələcək, gündüz müsbət 4-9 dərəcə, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək olacaq.
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında dəyişkən hava şəraitinin davam etməsi, atmosfer təzyiqinin kəskin dəyişikliyi, güclü şimal və cənub küləyinin bir-birini əvəz etməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
DOSTLARINLA PAYLAŞ: