Azərbaycan prezidenti İlham Əliyev general-leytenant Bəylər Eyyubovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, general-leytenant Bəylər Eyyubov Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə ordenlə təltif edilib. ANSPRESS
Bəylər Eyyubov təltif edilib
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Bəylər Eyyubov təltif edilib.




Şərhlər