Bəylə gəlin toy günü soyuldu
23 Noyabr 2010 Çərşənbə Axşamı 13:40
Naməlum şəxs onların üzüyünü alaraq qaçıb
Azərbaycan paytaxtında bəy və gəlin toy günü qarət edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə,
hadisə ötən gün Xətai rayonu ərazisində yerləşən şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.
Naməlum şəxs şadlıq sarayının qarşısında Kamil Kərimov və Minayə Kərimovaya yaxınlaşaraq nigah mərasimi ilə bağlı onlardan qızıl üzüklərini alaraq ərazidən uzaqlaşıb.
Hazırda polis həmin şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
DOSTLARINLA PAYLAŞ: