BDU-nun saxta diplomu 5000 dollara satılıb
11 Fevral 2011 Cümə 13:05
Diplomu satan şəxs saxlanılıb
Bakıda rəsmi sənədləri saxtalaşdıran şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu, Samir Əfəndiyevdir.
Onun barəsində Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarış elan olunub.
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əfəndiyev tutularaq istintaqa təhvil verilib.
Milli.Az xəbər portalının əldə etdiyi məlumata görə, S.Əfəndiyev Şirvan şəhər sakini Güllü Nağıyevaya guya Bakı Dövlət Universitetinin “Fars dili tərcüməçisi” fakültəsini bitirməsi barədə diplomu 5000 dollara satıb. O, cinayət əməlini Bakı şəhər sakini Namiq Əliyevlə birlikdə həyata keçirib.
Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də məhkumluq həyatı yaşayıb.
DOSTLARINLA PAYLAŞ: