Bakıda və Abşeron yarımadasında həftəsonu yağmursuz hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün dəyişkən buludlu, yağmursuz hava gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 14-16° isti, axşam 10-12° isti olacaq.
Dekabrın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacaq, cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 14-16° isti olacaq.
Dekabrın 26-da dəyişkən buludlu, yağmursuz hava olacaq. Cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 13-16° isti təşkil edəcək.
Dekabrın 27-də də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-16° isti olacaq.
Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında
çiskinli olacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti olacaq.
Dekabrın 26-27-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti olacaq.
Bayramqabağı hava necə olacaq?
Həftəsonu və gələn həftənin ilk günü dəyişkən buludlu, yağmursuz hava gözlənilir




Şərhlər