Bayram günləri ölkə ərazisində buludlu, ancaq yağmursuz hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12 dərəcə, gündüz 16-18 dərəcə isti olacaq.
Qurban bayaramının ilk günü - noyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam buludluluğun artacağı ehtimal olunur. Cənub küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-12 dərəcə, gündüz 16-18 dərəcə isti təşkil edəcək.
Noyabrın 17-də də hava dəyişkən buludlu ancaq əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 9-11 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, şərq küləyi əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 15-20, dağlarda gecə 7-10 dərəcə, gündüz 15-19 dərəcə isti təşkil edəcək.
16-17 noyabrda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, cənub küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 13-18 dərəcə, dağlarda gecə 5-9 dərəcə, gündüz 12-16 dərəcə isti təşkil edəcək.
Bayramda hava dumanlı olacaq
Paytaxtda və Abşeron yarımadasında küləyin güclənəcəyi gözlənilir




Şərhlər