Bank of Bakunun “Bakıxanov” filialı 4 yaşını qeyd edir
16 Mart 2011 Çərşənbə 11:04
“Bank of Baku”nun “Bakıxanov” filialı 4 yaşını qeyd edir
Bakı - APA-Economics. Azərbaycanın “Bank of Baku” ASC 2011-ci ildə “Günün filialı” adlı yeni layihəyə start verir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hazırda “Bank of Baku”nun 11 filialı Bakıda, 5 filialı isə paytaxtın xaricində əhaliyə peşəkar bank xidmətlərini təqdim edir.

Layihə boyu əhaliyə bankın 16 filialının hər birinin fəaliyyəti haqqında ətraflı məlumat veriləcək, həmçinin filialların ildönümü qeyd olunacaq, bankın müştərilərinə isə korporativ hədiyyələr təqdim olunacaq.

Bu günlərdə 4 yaşını qeyd edən bankın “Bakıxanov” filialı həmin layihədə birincidir. “Bakıxanov” filialı 6 mart 2007-ci il tarixində yaranıb. Dörd il ərzində filial Bakı yaxınlığında yerləşən Bakıxanov, Qaraçuxur, Sabunçu, Mərdəkan, Şüvəlan, Nardaran, Əmircan, Zirə və s. qəsəbələrinə göstərilən xidmətə görə yüksək nəticələrə nail olub. “Bakıxanov” filialı fiziki və hüquqi şəxslərə geniş spektrdə bank məhsul və xidmətlərini təqdim edir: hesabların açılması, əmanətlərin yerləşdirilməsi, istehlak kreditlərinin verilməsi, kommunal xidmətlərin ödənişi, “Azercell”, “Bakcell” və “Nar Mobile” mobil rabitənin ödənişi, təcili pul köçürmələri, bütün növ plastik kartların sifarişi və verilməsi, valyuta mübadiləsi, Cash-in ödəniş köşkü vasitəsilə ödənişlərin həyata keçirilməsi.

2010-cu ilin bankdaxili statistikasına əsasən, “Bakıxanov” filialı nağd kreditlər, kredit kart satışı, istehlak portfelinin həcmi və depozit portfelinin həcmi üzrə “Bank of Baku”nun digər 15 filialı ilə müqayisədə aparıcı mövqedədir.

Qeyd edək ki, 21.02.2011-ci il tarixinə olan göstəricilərə əsasən filialın depozit portfeli 154,15% artaraq 2 003 511 AZN, kredit portfelinin həcmi isə 173,74% genişlənərək 7 998 171 AZN təşkil edib, aktiv istehlak krediti olan müştərilərin sayı hazırda 10 mini ötüb, keçən il isə bu rəqəm 5562 nəfəri əhatə edirdi. Bu gün filialın müştərilərinin ümumi sayı 2010-cu ili analoji göstəriciləri ilə müqayisədə təxminən 2 dəfə artıb və indi 15 mindən çoxdur.

“Bakıxanov” filialı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küç., 4081-ci məhəllə ünvanında xidmət göstərir.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin mart ayının 1-nə bankın ölkə üzrə 16 filialı, 26 bankomatı və 204 POS-terminalı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar