Ölkə

Bank of Azerbaijan işçi qəbuluna başlayıb

Bank Şəki və Balakən şəhərlərində filial və şöbələr üçün əməkdaş axtarır

· Xəbərçi
Bank of Azerbaijan işçi qəbuluna başlayıb
“Bank of Azerbaijan” ASC Şəki və Balakən şəhərlərində filial və şöbənin açılması ilə əlaqədər işçi qəbuluna başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, işçi qəbulu aşağıda qeyd olunan vakansiyalar üzrə aparılır:

- Filial/Şöbə direktoru
- Kredit işi üzrə mütəxəssis
- Parakəndə və Korporativ müştərilərə xidmət üzrə mütəxəssis
- Xəzinadar – Əməlliyatçı

Vakansiyalar haqqında daha ətraflı məlumatı aşağıda göstərilən ünvandan əldə etmək olar: http://www.bank.az/AboutVacancies.html

CV - lər 15 yanvar 2011-ci il tarixinə qədər qəbul olunacaq və təklif olunan vəzifəyə namizədliyinizi irəli sürmək üçün http://www.bank.az/AboutOnlineCV.aspx saytında yerləşdirilmiş “İşə müraciət ərizəsi” formasında göstərilən sualları cavablandırıb bizə göndərin.Tələblərə cavab verən namizədlər müsabiqəyə dəvət olunacaqlar.

Şərhlər