Ölkə

Balakəndə yeni körpü istifadəyə veriləcək

Şərif kəndində Mazım çayı üzərində tikilən bir aşırımlı körpünün uzunluğu 11, eni 6 metrdir

· Xəbərçi
Balakəndə yeni körpü istifadəyə veriləcək
Balakən rayonunun Şərif kəndində Mazım çayı üzərində yeni körpü tikilir. Daxili imkanlar hesabına inşa edilən bir aşırımlı körpünün uzunluğu 11, eni 6 metrdir. Rayon icra hakimiyyətindən verilən məlumata görə, kəndi iki hissəyə ayıran çayın üzərində olan əvvəlki körpünü sel aparmması nəticəsində sakinlərin gediş-gəlişi xeyli çətinləşmişdi. Yeni körpünün yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.

Şərhlər