Bakının yeni sarı poçt qutuları
04 Mart 2011 Cümə 16:51
Bu qutular əhali gur olan yerlərdə quraşdırılacaq
Paytaxt Bakı şəhərinə yeni poçt qutuları gətirilib. “Azərpoçt” MMC-nin idarəetmə şöbəsinin rəisi Qalib Babayevin ANS PRESS-ə verdiyi məlumata görə, bu poçt qutuları poçt xidmətinin yüksəlməsinə xidmət edir.

“Bu poçt qutuları əhalinin gur olan yerlərində qoyulacaq. Hələlik, Bakı şəhərindən başlanılıb. Az müddətə paytaxtın bütün ərazilərində belə qutular quraşdırılacaq. Daha sonra Sumqayıt və digər ərazilərdə də belə qutular quraşdırılacaq”, - deyə Qalib Babayev vurğuladı.

Q. Babayevin sözlərinə görə, bu poçt qutuları əvvəlkilərə nisbətən daha etibarlıdır. Belə ki, bu qutular mərkəzləşdirilmiş qaydada idarə ediləcək. Yəni, “Azərpoçt” əməkdaşları gündə iki dəfə səhər saat 09:00-da 15:00-da bu qutuları bolaşdacaq. Hər bir poçt qutusunun üstündə indeksi qeyd edilir. Bu da itən məktubların aqibətinin araşdırılmasında mühüm rol oynayacaq.

Poçt qutularının rəngi sarı və göydür. Bu rənglər də “Azərpoçt” MMC-nin gerbindən qaynaqlanır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar