Ölkə

Bakının qəsəbələrində yeni yollar tikiləcək

Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayrılıb

· Xəbərçi
Bakının qəsəbələrində yeni yollar tikiləcək
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bakı şəhəri ərazisində qəsəbələrarası və qəsəbədaxili avtomobil yollarının tikintisi və təmiri üçün Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb.

Şərhlər