Ölkə

Bakının bir sıra istiqamətlərində yollar bağlanacaq

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur

· Xəbərçi
Bakının bir sıra istiqamətlərində yollar bağlanacaq
İsveçrə prezidentinin Azərbaycanda rəsmi səfərdə olması ilə bağlı Bakının bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulacaq.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, martın 15-də səhər saatlarından başlayaraq tədbirlər başa çatanadək Aeroport şosesi, Mərdəkan, Buzovna dairələri istiqamətində, İçərişəhər istiqamətinə, Böyük Şor küçəsi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Zərifə Əliyeva, Neftçilər prospektləri, Azneft meydanı, Niyazi, İstiqlaliyyət küçələri istiqamətində avtomobillərin hərəkəti dayandırılacaq. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Bakıxanov, Rəşid Behbudov küçələri, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri, həmçinin əks istiqamətdə, Həsən Əliyev küçəsi, Qələbə meydanı, Fətəli xan Xoyski prospektində maşınların park edilməsi qadağan olunacaq.

Sürücülərə bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri məsləhət görülür.

Şərhlər