Bakıdan Avropaya uçan 2 təyyarə məcburi geri qayıdır
19 Dekabr 2010 Bazar 20:20
Buna Avropada qarlı-şaxtalı hava şəraitinin davam etməsi səbəb olub
Avropada şaxtalı hava şəraiti ilə bağlı Azərbaycanda da bir neçə reys baş tutmayıb. Bakıdan London və Parisə uçan 2 təyyarə 122 sərnişini mənzil başına çatdırmadan geri qayıdır. AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin ANS-ə bildirdiyinə görə, Avropa ölkələrində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq Bakı-London reysi ilə uçan Airbus- 319 təyyarəsi dünən 18 20-da Bakıdan uçub və bu gün saat 00. 25-də Londonda eniş etməliydi.

“Amma Lodonun Hitrou hava limanında görüntü olmadığına görə, təyyarə Almaniyanın Köln şəhərinə eniş etməli olub. Almaniyada da qarlı hava şəraiti və hava limanında digər ölkələrdən gələn reyslər də eniş etməli olduğuna görə, 81 sərnişinlə uçan təyyarə vətəndaşları mənzil başına çatdırmadan onlarla bərabər yenidən Bakıya qayıdır. Eyni ilə bu gün saat 8-də Bakı-Paris reysi ilə uçan Airbus-319 təyyarəsi də 13- 30-da Parisə çatmalı olsa da paytaxtın Şarl de Qol hava limanı təyyarəni qəbul edə bilməyib. Bu təyyarə də Almaniyanın Köln şəhərinə eniş edib. Artıq bu gün 41 sərnişin aparan təyyarə vətəndaşları yenə də mənzil başına çatdırmadan saat 21. 15-də Bakıya qayıdacaq”, - deyə o bildirib.

Məhərrəm Səfərli bildirir ki, hava şəriti ilə bağlı mənzil başına çata bilməyən sərnişinlər getdikləri ölkələrdə hava şəraitinin düzəlməsini gözləməlidirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar