Bakıdakı şadlıq sarayında Allahsızlar məclisi
21 Dekabr 2010 Çərşənbə Axşamı 00:55
Bu məclisdəkilərin yönəltdikləri gənclər erməni özlərinə qardaş bilir, Qarabağ savaşında iştirakı “günah” hesab edirlər
ANS-in əməkdaşları Bakıda “yahova şahidləri”nin toplaşdığı məkanı aşkarlayıblar. Paytaxtın Xətai rayonunda “Çinar” şadlıq sarayı kimi tanınan ikimərtəbəli binada baş verənlərə işıq tutmaq məqsədilə əməkdaşlarımız qapını döyüblər. Onların təkidli cəhdlərindən sonra qapı açılır və aydın olur ki, bura nə şadlıq sarayı, nə də oxuyanlar müğənnilərdir. Qapını açan şəxs “Biz Yahovanın şahidləri olaraq sizi qəbul etmirik” deyib. ““Yahova şahidi” olmayan hər kəs onlara qarşıdır“ prinsipində olduğu kimi əməkdaşlarımızı arzuolunmaz hesab edərək qapını bağlayırlar. Odur ki, reportyorlarımız onların qapı arxasındakı fəaliyyətini elə qapı ardından izləməli olur. Bir azdan "qala"nın sirləri də üzə çıxır. “Yahova şahidləri” icmasının üzvü Aidə Sadıqova “Allaha xidmət etməkdə pis nə var ki?” deyir. İcmanın digər üzvü Dilşad Quliyeva isə bildirir ki, orada onlara kitab verirlər: “Soruşurlar görək öyrənmisən ya yox. Bunlar deyirlər ki, əgər Yahovanın adını verməsən heç bir niyyət qəbul olunmur”.

Əməkdaşlarımız bu dini icmanın hansı kəlamlarla yüzlərlə azərbaycanlını özünə əsir etməsi ilə maraqlansalar da, onların orada olmasından içəridə əməlli- başlı narahtlığın yaşanması, üstəlik icmanın yüksək statuslu bu üzvünün binanın ətrafında dəfələrlə dövr edərək bizi izləməsi doğurdan da üstüörtülməli olan mətləblərdən xəbər verirdi. Məlum olur ki, bir çox ölkələrdə qadağan olunan, dinin yalnız “Yahovanın şahidələri”nə məxsusluğunu iddia edərək digər dinləri saxta, şeytanı bu dünyanın görünməyən idarəçisi sayan “Yahova şahidləri” qanundankənar əməllərini beləcə günün günorta çağında təkcə reallaşdırmırlar. Hədəfi insanları inancından döndərmək , vətənpərvərlik hissini öldürmək olan “Yahova şahidləri” beyinləri gözdən iraq yerlərdə yox, belə şadlıq saraylarında zəhərləyirlər.

Din azadlığı demokratikləşmənin mühüm şərti olsa da, burada dövlətin təhlükəsizliyi də fövtə verilməməlidir. Başqa sözlə, din azadlığı ilə təhlükəsizlik məsələləri arasında balansın gözlənilməsi minalanmış ərazidə hərəkətə bənzəyir ki, düşünülməmiş bir addım, kənara sapmanın nə ilə nəticələnəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Ekspert Hacı Nizami Rza: “Mən sual verdim “Sabah biz mühariəbyə başlasaq, siz cvan oğlan müharibəyə gedəcəksinizmi?”. Dedi “Yox. Çünki bizim kitabımızda buyurulub ki, bütün isnanlar qardaşdır, ona qarşı gücə əl atmaq olmaz. Ermənilər də bizim qardaşımzıdır”.

Müşahidələr zamanı bura gələnlərin ən çoxunun ölkənin cənub bölgəsindən, əksəriyyətinin işsiz , əsasən 20-40 yaş arasında qadınlar , 8-20 yaşlı qız və oğlanlar olduğu müəyyənləşib. Onları icmaya yalnız Yehova “sevgi”sininin cəlb etdiiyni düşünmək isə sadəlövlük olardı. Təkcə onu demək kifayyətdir ki, son 10 il ərzində “Yahova şahidləri” Azərbaycandakı missiyalarına 85 milyon dollar xərcləyiblər.

Ekspert Hacı Nizami Rza icma üzvlərinə paylanan kitablar barədə məkumat verir: “Bu kitab dünyanın 64 öləkəsində çap olunub. 143 milyon tirajı var. Bu gün Avropada, dünyada 28 kilsə tərfindən qadağan olunun dini sekta 2 milyard dollar sərf edib. Hər ay bunlara Almaniyada çap olunmuş kitabalar gəlir”.

Hazırda ölkədə dini etiqad azadlığı haqqında qanun mövcuddur ki, bu qanun ölkədəki bütün dini qurumların fəaliyyətinə münbit şərait yaradır. Ancaq xarici öləkələr tərfindən idarə olunan missioner təşkilatlar, insan ləyaqətini alçaldan dini cəryanların məqsədi Azərbaycanı dini poliqona çevirmək və ölkələrindəki din-dövlət sistemini burada tətbiq etməkdən ibarətdir. Məhz onların zərərli fəaliyyətinin nəticəsi “Dini etiqad azadlığı” haqqında Qanuna dəyişiklikləri zəruriləşdirdi və icmaların qeydiyyatı ciddi şəkildə sərtləşdirilidi. “Yahova şahidləri” isə bu imtahandan çıxa bilməyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılovun sözlərinə görə, əsas meyar Azərbaycanın qanunlarıdır və dini icmalar bu qanunlar çərçivəsində fəaliyət göstərdikdə təkrar qeydiyyata alınır. O ki qaldı fəaliyyətdə qanun pozuntularına yol verənlərə, onların dövlət qeydiyyatına alınması qeyri-mümkündür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar